SumgaitLibrary

+994 186520087


Mətbuat xülasəsi

13.05.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Şuşa və Laçın rayonlarının işğalı günü ilə əlaqədar “Vətən, səndə nəyim qaldı” adlı mətbuat xülasəsi keçirmişdir. Tədbirdə uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova iştirakçılara Şuşa və Laçının işğalı günü ilə bağlı məlumat verdikdən sonra bildirdi ki, “Azərbaycan” qəzetinin 2017-ci il 18 may nömrəsində verilmiş L.Quliyevin “Ordumuzun artan döyüş qüdrəti gözlədiyimiz qələbə gününü yaxınlaşdırır” məqaləsində ordumuzun qəhrəmanlıq döyüşlərindən, xüsusən də əsgərlərimizin son uğurlu addımlarından bəhs olunur. “Azərbaycan” qəzetinin 2017-ci il 7 may nömrəsində verilmiş R.Baxşəliyevin “Yeni Şuşa” da Şuşa həsrəti” məqaləsində məcbiri köçkünlərin torpaq həsrətindən, doğma yurda qayıtmaq arzusu ilə yaşamasından söhbət açılır. “Sumqayıt” qəzetinin 2016-cı il 30 dekabr nömrəsində verilmiş L.Cəmilin “Laçınım mənim” məqaləsində Şuşa və Laçın rayonlarının ərazisi, işğal altında qalan milli-mədəni və təbii sərvətləri öz əksini tapmışdır.“Ədəbiyyat” qəzetinin 2016-cı il 21 may nömrəsində verilmiş Ş.Alışanlının “Dağların mənəviyyat yaddaşı” məqaləsində xəyanət və təxribatın qurbanı olan müqəddəs torpaqlarımız, erməni işğalçılarının dinc əhaliyə qarşı törətdiyi amansızlıq, soyqırım əks olunur.