SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Kitab bayramı
15.05.2018-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə milli məfkurəmizin banisi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X Ümumrespublika ənənəvi Kitab bayramı keçirildi. Yeniyetmə və gənclər arasında mütaliəyə diqqətin artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyan Kitab bayramı Sumqayıt Şəhər Mədəniyyət Evinin qarşısında gerçəkləşdi. Tədbirdə MKS-in kitabxana filialları, mədəniyyət və təhsil müəssisələri, AYB, Əli Kərim adına Poeziya klubu, ədəbi mühit və media nümayəndələri iştirak etdi. Kitab bayramında ümummilli liderimiz Heydər Əliyevə, Prezident İlham Əliyevə, vətən tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə, yeni ədəbiyyata həsr olunmuş sərgilər oxucular tərəfindən maraqla qarşılandı. O cümlədən müxtəlif elm sahələrini - bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən rəngarəng sərgilər, sumqayıtlı yazarlamızın müəllif masasında imzalı kitabları, həmçinin satış köşkündə sərgilənmiş ədəbiyyatlar iştirakçılara təqdim olundu. Bayram tədbirinə qatılan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov sərgilərlə yaxından tanış oldu və çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını, oxucu və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırdı. İdarə rəisi tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin təşkilinin kitaba, mütaliəyə diqqətin artırılması müstəsna rolunu xüsusi olaraq qeyd etdi. Kitab bayramının tədbirlər proqramına daxil olan maraqlı tədbirlərdən biri də şair, yazıçı, alim Rafiq Yusifoglunun yeni çap olunmuş “Bədii söz - məna ocağının közləri ” kitabının S. Vurğun adına Mərkəzi kitabxananın oxu zalında keçirilən təqdimatı oldu. Bundan başqa günün ikinci yarısında S. Vurğun adına Mərkəzi kitabxananın oxu zalında tanınmış uşaq şairi Gülzar İbrahimova ilə görüş və S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində faəliiyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubu üzvlərinin təqdimatında Mir Cəlalın "Yalan yeriməz" hekayəsi əsasında hazırlanmış səhnəcik balaca oxucuların ürəyindən oldu. Qeyd edək ki, Kitab bayramında açıq havada ayrı-ayrı saatlarda balaca oxucular üçün Şəhər Mədəniyyət Evinin “Narbala” kukla teatrının tamaşası, əyləncəli viktorinalar da təşkil edildi. Habelə tədbir iştirakçılarına Şəhər Mədəniyyət Evinin “Xəzər ulduzları” rəqs qrupunun, və ayrı-ayrı müğənnilərin ifasında musiqi nömrələri , oxucuların ifasında ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə, kitaba həsr olunmuş kompozisiyalar təqdim olundu. Bayram tədbiri gün ərzində davam etdirildi.