SumgaitLibrary

+994 186520087


Görüş

16.05.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada oxucularla üz-üzə silsiləsindən xalq şairi Sabir Rüstəmxanlı ilə görüş kecirildi. Tədbirdə şairin qələm dostları, kitabxananın oxucuları, SDU-nun tələbələri iştirak etdi. MKS-in direktoru Yeganə Əhmədova tədbiri giriş sözü ilə acaraq Sabir müəllimə öz təşəkkürünü bildirməklə yanaşı tədbirin mahiyyəti haqqında iştirakcıları məlumatlandırdı. Tədbirin aparıcısı Əşrəf Veysəlli Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra Sabir Rüstəmxanlı cıxış edərək kitab oxumağın, mütaliə etməyin faydalarından bəhs etməklə yanaşı müstəqillik, Qarabağ probleminə də toxundu. Tədbir boyu müəllif öz şeirlərin söylədi. O vurğuladı ki, sözün, insanın və millətin azadlığından böyük arzu və xoşbəxtlik yoxdur. Daha sonra rejissor Rövşən Almuradlı, şairlər Rafiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Almaz Sahilə, Xatirə Fərəcli və başqaları cıxış edərək müəllif haqqında öz ürək sözlərini söyləməklə, fikirlərini bölüşməklə yanaşı ona yaradıcılıq uğurları arzuladılar. Tədbir boyu müəllif ona ünvanlanan sualları cavablandırdı. Sonda Sabir müəllim belə tədbirlərin əhəmiyyətindən bəhs etməklə təşkilatcılara öz minnətdarlığını bildirdi