SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ekskursiya
18.05.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna “Tariximizi tarixi izlərlə öyrənək” adlı ekskursiya təşkil etmişdir. Uşaq şöbəsinin müdiri Y.Hüseynova oxucularla birlikdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya edərək Qobustanın təbiəti, ulu əcdadlarımız olan qədim insanların bacarıq və düşüncələrini əks etdirən unikal qayaüstü rəsmləri, Mezolit orta daş dövrü arxeoloji abidələri, Qobustan Muzeyində sərgilənən müxtəlif eksponatları ilə tanış oldular. Qavaldaşın qeyri-adi səsləri qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb oldu.