SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.06.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası əməkdaşları 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar 16 nömrəli tam orta məktəbdə müəllim və şagird heyətinin iştirakı ilə “Narkotiklə mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda dəyirmi masa təşkil etdilər. Şagirdlərin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması məqsədilə təşkil edilmiş tədbiri giriş sözü ilə açan MUK-un multimedia mütəxəssisi Leyla Mahmudova bu günün təsis olunma tarixi, mövzuya aid olan dövlət sənədləri, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadları haqqında yeniyetmələrə məlumat verdi. O, bildirdi ki, narkomaniya bəşəriyyətin bəlalarından biridir. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “ Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü ” kimi qeyd olunur. Leyla Məmmədli narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan danışdı. Sonda Leyla Mahmudova alkoqolizm və narkomaniya ilə mübarizəyə həsr edilmiş mövzulardan bəhs edən ədəbiyyatları özündə əks etdirən “Uyuşdurucu – süni cənnətin cəhənnəm odu” adlı sərgidə nümayiş etdirilən kitablar haqqında da qısa xülasə verdi.