SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

13.06.2018-ci il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədilə “İnsan hüquqları aylığı” çərçivəində “Hüquqlarımızı bilək” adlı dəyirmi masa keçirilmişdir. Kitabxana müdiri Sona Eminova respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs edib, bu sahədə hüquqi maarifləndirmənin, hüquqşünasların insan hüquqları üzrə tədrisinin əhəmiyyətindən danışdı.Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunduğunu bildirib. O, bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edib. Tədbir ümumi müzakirə formasında keçirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.