SumgaitLibrary

+994 186520087


Ucadan oxu

27.04.2016-cı il tarixdə Corat qəsəbə kitabxanası Uşaq ədəbiyyatı ili ilə əlaqədar 7 saylı məktəbin 4-çü sinifində Şeyhi Müjganın „Bip-Bip” kitabı üzrə ucadan oxu keçirdi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı, kitabxanaya 2016-cı ildə daxil olmuş uşaq kitabları haqqında məlumat verdi. Sonra uşaqlardan oxuduqları kitablar haqqında soruşdu. Sonra kitabxanaya daxil olmuş kitablardan təşkil edilmiş sərgidən kitablar haqqında məlumat verdi.’’Bip- Bip” kitabından „Dostluğa” aid „Arı və kəpənək,” „Sevgiyə” aid „Mavi gözlü” hekayəsini oxudu.Kitabda verilmiş hekayələrdən „Qonşuluq ” „Tamah” „Ehtiyat”, „Cəsarət”və s. Haqqında məlumat verdi. Sonda hekayə haqqında uşaqların rəyi soruşuldu. Hekayə uşaqların çox xoşuna gəlmişdi.