SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

12.05.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanın İncəsənət şöbəsi Şuşanın və Laçının işğalı ilə bağlı şöbəmizdə “ Torpağın hər qarışı bir tarixdir” adlı tədbir keçirdi. Tədbiri şöbənin müdiri Qələndərova Aidə açaraq oxuculara aprel ayında cəbhədə baş verən hadisələrdən danışdı, Milli ordumuzun torpaqlarımızı işğaldan azad edə biləcəyini vurğuladı. Sonra Şuşanın, Laçının tarixindən söhbət açdı, mətbuatda dərc olunmuş materiallarla oxucuları tanış etdi.Sonda oxu- culara “Bu torpaqlar bizi gözləyir” adlı sərgi haqqında məlumat verildi.