SumgaitLibrary

+994 186520087


Sual-cavab gecəsi

12.06.2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində 18 iyun İnsan Hüquqları Günü münasibətilə “Hüquqlarınızı bilirsinizmi ?“ adlı sual-cavab gecəsi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın böyük kitabxanaçısı Z.Məmmədova açaraq bildirdi ki, hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, 18 maydan başlayaraq bir ay müddətində ölkədə "İnsan Hüquqları aylığı" keçirilir.Kitabxanalarda da bu silsilə tədbirlər keçirilməkdə davam edir. Mövzu ətrafında geniş məlumat vermək üçün söz hüquqşünas Ruslan Mustafazadəyə verildi.Sonra uşaqları maraqlandıran suallar hüquqşünas tərəfindən ətraflı cavablandırıldı.Tədbir eyni adlı sərgiyə baxışla yekunlaşdı.