SumgaitLibrary

+994 186520087


Görüş

21.06.2016-cı il tarixdə oxucuların sevə-sevə mütaliə etdiyi və yaradıcılığını maraqla izlədiyi istedadlı yazar Varislə Mİracle Education and İnnovation Center və S. Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Mərkəzi kitabxanada görüş keçirilmişdir. Tədbiri kitabxananın abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq həmşəhərlimiz, müasir dövr yazıçıları arasında öz yeri olan yazıçı Varis Yolçuyevi iştirakçılara təqdim etdi və sözü Tədris və İnnovasiya Mərkəzinin nümayəndəsi Vüsalə Tağıyevaya verdi. Vüsalə xanım bədii sözün qüdrətiylə ruhumuzu qidalandıran söz sahibləri ilə gənclərin görüşlərinin təşkilatçısı olan Mərkəzin xoş məramını tədbir iştirakçıları ilə bölüşdü. Tədbirin açılışından sonra yazıçı Varis oxucularla baş-başa qaldı. Görüş çox böyük ruh yüksəkliyi ilə keçdi. Sumqayıtlı yazar oxuculara öz yaradıcılığından, işıq üzü görən kitablarından söz açdı, gələcək planlarından danışdı, elimizin Qarabağ dərdinə vətəndaş mövqeyindən nəzər saldı, gənclərimizi daha çox mütaliə etməyə, vətənpərvər olmağa, mübarizliyə səslədi. İştirakçılar maraqlı suallarla gənc yazara müraciət edərək onun "Sonuncu ölən ümidlərdir”, "Sənə inanıram”, "Bir ovuc torpaq” və digər əsərləri ilə bağlı düşüncələrini bölüşdülər, ayrı-ayrı obrazlara öz münasibətlərini bildirdilər.