SumgaitLibrary

+994 186520087


Yay zalı

11.08.2016-cı il tarixdə Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxana, Mərkəzi uşaq kitabxanası və Nizami adına Kitabxana klubu Nəsimi adına mədəniyyət və istirahət parkında “Yay zalı” adlı səyyar sərgi təşkil etdi. Sərgidə Sumqayıt yazarlarının kitabları, Azərbaycan və Dünya ədəbiyyatı nümunələri eləcə də uşaq ədəbiyyatı, dövrü mətbuat nümunələri nümayiş etdirilirdi. Asudə vaxt məsələsi cəmiyyətdə, yeni nəslin tərbiyəsində çox mühüm diqqət mərkəzində olan məsələlərdən biridir. Asudə vaxtın düzgün təşkili əhalinin müxtəlif yaş təbəqələri arasında onların daha vətənpərvər, daha keyfiyyətli bir insan kimi yetişməsi istiqamətində çox işlər görür. Kitab oxumağın yaşı yoxdur. Əsas odur ki, onunla dost olmağı bacarasan. “Kitabları paylaşaraq oxuyaq” başlığı altında nümayiş etdirilən sərgidə kitabların dəyişdirilməsi də mümkün idi. Belə ki, istənilən şəxs özünün mütaliə etdiyi kitabı sərgiyə qoymaqla əvəzində oxumadığı kitabı aparmaq şansı qazanırdı. Bununla ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliəsinə şərait yaradırdı. Sərgidə eləcə də kitabların satışı təşkil edilmişdi. Sərgi şəhər əhalisi tərəfindən çox böyük maraqla qarşılandı.