SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

28.08.2016-cı il tarixində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evi və S.Vurğun adına Mərkəzi Kitabxana Şabran şəhər Xaqani adına Poeziya Evinin direktoru, AYB-nin üzvü, şairə Aybəniz Əliyarın yeni nəşr olunmuş “Cənnətdən gələn məktublar” kitabının təqdimatını keçirdi. S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru İbrahim İlyaslı açaraq Aybəniz Əliyarın “Cənnətdən gələn məktublar” kitabından bəhs etməklə yanaşı, yaradıcılığına da toxundu. Sonra şairənin qələm dostlarından şair Əşrəf Veysəlli, Ramiz Qusarçaylı, Ofelya Babayeva, Sabir Sarvan, Şahməmməd Dağlaroğlu, Nazilə Gültac, Sabir Yusifoğlu, Xatirə Fərəcli və başqaları çıxış edərək Aybəniz Əliyarlıya yaradıcılıq uğurları arzuladılar. Tədbir boyu Aybəniz xanım öz ürək sözlərini söyləməklə yanaşı, bir neçə şeirini ifa etdi. Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri Əkbər Qoşalı, Atatürk Mərkəzinin baş direktoru Dəyanət Osmanlı, AYB-nin təmsilçisi Dayandur Sevgin çıxış edərək Aybəniz xanıma iş həyatında və yaradıcılığında müvəffəqiyyətlər arzuladılar. Sonda MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək tədbir haqqında öz fikirlərini söyləməklə yanaşı bütün iştirakçılara təşəkkürünü bildirdi. Qeyd edək ki, Aybəniz Əliyar “İlk görüş”, “Dənizin dostu”, “İşığa can atan arzular”, “İntizar”,“Qürubda günəş” kitablarının da müəllifidir.