SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.09.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi ilə birlikdə Beynəlxalq Sülh günü ilə əlaqədar “Sülh aylığı” çərçivəsində “Gərək dünya sülh desin” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə təbii ki, tərələrin düzgün dəyərləndirmələrindən çox asılıdır. Sonra Birliyin rəhbəri Zemfira Mustafayeva çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının beynəlxalq sülh gününü qeyd etməsi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Sonda iştirakçılar onları maraqlandıran suallarla müraciət etdilər.