SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

07.10.2016-cı il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda hərbi vətənpərvərlik hissinin təbliği ilə əlaqədar olaraq Süleyman Hüseynovun “And” kitabının müzakirəsi keçirilmişdir. Tədbiri kitabxananın müdiri Z.Babayeva açaraq hamını salamladı, tədbiri aparmaq üçün sözü kitabın redaktoru İbrahim İlyaslıya verdi. Kitabxananın fəal oxucusu Kəmalə Aslanlı “And” kitabı haqqında geniş məruzə etdi. Oxuculardan T. Şıxəliyev, Z.Məhərrəmova, G. Əhədova, S.Şərifova, A.Şıxmətova, E.Hüseynli və başqaları əsəri müzakirə edərək öz fikirlərini söylədilər. Sonda “Sumqayıt-taleyimin şəhəri” adlı sərgidən biblioqrafik xülasə verildi. Sərgidə S.Hüseynovun yaradıcılığına aid materiallar öz əksini tapmışdı.