SumgaitLibrary

+994 186520087


Bədii-qiraət müsabiqəsi

16.10.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və Mərkəzi kitabxananın təşkilatçılığı ilə şair Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirilmişdir.Şairin özünün də qatıldığı müsabiqədə Mərkəzi Kitabxanalar Sisteminin fəal oxucuları iştirak ediblər. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açdı.AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Əjdər Olun yaradıcılığı haqqında danışdı və müsabiqənin şərtləri haqqında məlumat verdi.AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvanın, Əjdər Olun və Mərkəzi kitabxananın əməkdaşı Natavan Axundzadənin münsifliyi ilə keçirilən müsabiqənin sonunda Zəhra Bəşirli I yerə, İlahə Bağıyeva və Nigar Mehtiyeva II yerə, Xoşqədəm Bağıyeva, Aytac Hüseynova və Nəzrin Hüseynova III yerə layiq görülüblər.Qaliblərlə birlikdə müsabiqədə fərqlənən digər iştirakçılar da fəxri-fərman, pul və şairin kitabları ilə mükafatlandırıldı.