SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

17.10.2016-cı il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan Dövlətinin Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxanaçı Kərimova Dilbər açaraq oxuculara 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biri olduğunu vurğulamışdır. Dəyirmi masada xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisindən, gördüyü işlərdən danışıldı.