SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

17.10.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxana Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar “Milli qürurumuzun təntənəsi” adlı oxucu konfransı keçirdi. Tədbirdə SDU-nun tələbələri, 25 nömrəli Sumqayıt şəhər və 25 nömrəli Qubadlı qaçqın tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.Tədbir keçirilən zalda “Müstəqilliyimiz milli sərvətimizdir” adlı sərgi nümayiş etdirilirdi. Tədbirin əvvəlində torpaqlarımızın azadlığı və suverenliyi yolunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur. Tədbirdə SDU-nun tarix müəllimi Sarvan Bədəlov, tarix fakultəsinin tələbəsi Tunar İbrahimzadə çıxış edərək müstəqilliyi qazanmaq. nə qədər asan olsa da onu odlardan , alovlardan keçirib saxlamağın bir o qədər çətin olduğunu vurğuladılar. SdU-nun tələbəsi Sevinc Məmmədovanın ifasında Nəriman Həsənzadənin “Azərbaycan” şeiri dinlənildi. Müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Müstəqillik haqqında fikirləri SDU-nun tələbəsi Etibar Nağdəliyev tərəfindən təqdim edildi. Daha sonra Müstəqilliyə həsr edilmiş videoçarx nümayiş etdirildi. Sonda MKS-in direktoru Yeganə Əhmədova bütü iştirakçılara öz təşəkkürünü bildirdi.