SumgaitLibrary

+994 186520087


İnformasiya günü

17.10.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 15 saylı məktəblə birlikdə Dövlət Müstəqilliyimizin 25 illiyi ilə əlaqədar “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı informasiya günü keçirdi. Tədbir 15 saylı məktəbin 3-cü sinifində keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova uşaqlara 1991-ci il oktyabrın 18-də yekdilliklə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının 1918-1920 ci illərdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilməsindən, xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından, bu gün də müstəqilliyimizin böyük sürətlə öz inkişaf dövrünü yaşamasından bəhs etdi. Sonda sinif müəlliməsi H. Abbasova belə tədbirlərin keçirilməsinin uşaqların vətənə məhəbbət, vətənpər- vərlik hissinin möhkəmlənməsində böyük təsiri olduğunu qeyd edərək kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi.