SumgaitLibrary

+994 186520087


Ədəbi kompozisiya

17.10.2016-cı il tarixində Gənclər kitabxanasında 18 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi” adlı ədəbi kompozisiya keçirilmişdir. Dövlət Müstəqilliyi Gününə həsr edilən tədbir şanlı dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu. Böyük kitabxanaçı Bağırova Rəhilə dövlətimizin müstəqillik tarixinə nəzər salaraq qeyd etmişdir ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da dövlətimiz öz inkişaf yoluna qədəm qoyub. Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğuna diqqət çəkən kitabxanaçı qeyd etmişdir ki, Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra xalqımız öz istiqlaliyyətinə yenidən qovuşub. Sonra Dövlət Müstəqilliyi haqqında videoçarx nümayiş etdirilmiş, 18 saylı tam orta məktəb şagirdlərinin ifasında ədəbi kompozisiya nümayiş etdirilmişdir. Kitabxananın müdiri Eminova Sona dövlət müstəqilliyinin əhəmiyyətindən və 25 il ərzində qazanılmış nailiyyətlərdən danışılmışdır. 25 illik inkişaf edən, güclənən Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işində hər kəsə uğurlar arzulamış və qeyd etmişdir ki, Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə , tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir.Sonda tədbir iştirakçıları mövzu çərçivəsində hazırlanmış sərgini izlədilər.