SumgaitLibrary

+994 186520087


Multikulturalizm

12.11.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxanın İncəsənət şöbəsində “Azərbaycan tolerantlıq və multikulturalizm məkanıdır”adlı tədbir keçirildi. Tədbiri kitabxanaçı İskəndərova Məlahət açaraq bildirdi ki, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənlik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh,əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı bir diyar kimi tanınmışdır.Sonra söz müxtəlif xalqların nümayəndələrinə verildi. Qazax xalqını təmsil edən Mərdiyeva Zabira, rus xalqını təmsil edən İlina Nadejda, ləzgi xalqını təmsil edən Təhməzova Şəfa, alman xalqını təmsil edən Qasımov Vitali mənsub olduqları xalqların adət və ənənələrindən söhbət açdılar.Tədbirə Bülbül adına musiqi məktəbinin rəqs kollektivi- Şıxəliyev Cüməli müəllimin rəhbərlik etdiyi “Ümid” rəqs ansamblı rəngarənglik gətirdi.Onların ifasında ləzgi, özbək, azərbaycan,tacik rəqsləri nümayiş olundu.