SumgaitLibrary

+994 186520087


Ucadan oxu

17.01.2023-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 15 nömrəli orta məktəbin 6-cı sinfində professor Teymur Bünyadovun 95 illiyi ilə əlaqədar “Cavanşir” kitabı üzrə ucadan oxu keçirib. Tədbirdə Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə Azərbaycanın görkəmli tarixçi-etnoqrafı, tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Teymur Bünyadovun həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, onun 1960-cı ildə çap etdirdiyi irihəcmli"Azərbaycan arxeologiyası oçerkləri" kitabı respublikada bu mövzuda ilk dəfə qələmə alınan əsərdir.T.Bünyadovun ”Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala”, “Əsrlərdən gələn səslər” kimi tarixi əsərlərində Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu tutarlı dəlillərlə sübuta yetirilir.Onun “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəgiz” və s. kitablarında Azərbaycan türklərinin qəhrəmanlıq tarixi öz əksini tapmışdır. Sonra Lalə Muradova onun “Cavanşir” əsərini şagirdlər üçün ucadan oxudu.