SumgaitLibrary

+994 186520087


Anım günü

17.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Hacı Zeynalabdin qəsəbə kitabxana filialında Ümumxalq Hüzn günü ilə əlaqədar"Qanlı Yanvar" adlı anım günü keçirildi.Tədbirdə 19 saylı məktəbin şagirdləri, dərnək rəhbəri Kəmalə Əsədova iştirak edirdi.20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kəmalə müəllimə çıxış edib , bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin canımızla qorunmalı olduğumuzu bildirdi.Şagirdlər Sabir Rüstəmxanlının"20 Yanvar xatirəsi","Qərənfil yağışi" və şəhidlərimizə həsr olunmuş müxtəlif şeirlər ilə çıxış etdilər. Kitabxananın əməkdaşı Reyhan Mustafayeva 20 Yanvar Ümumxalq hüzn gününə həsr olunmuş "Qanlı Yanvar" başlıqlı sərgi haqqında tədbir iştirakçılarına məlumat verdi.