SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Mövzu saatı
18.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 5 nömrəli orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar “Şəhid anılar, Vətən tanınar” adlı mövzu saatı keçirib. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova xalqımızın mübarizə və mücadilə prosesində mühüm rol oynayan bu təqvimin tarixdəki əhəmiyyətindən bəhs edərək bildirib ki, o müdhiş gecə müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda meydana çıxan oğul və qızlarımız Sovet imperiyasının Azərbaycana qarşı haqsızlığına etirazlarını dinc yolla bildirərkən soyqırıma məruz qalıblar. Tariximizə qızıl qanla yazılan 1990-cı il 20 Yanvar günündə günahsız insanlara mərhəmət edilmədən işlədilən bu cinayət Azərbaycan xalqının yaddaşına əbədi olaraq həkk olunub. Sonra şagirdlər mövzu ilə bağlı kitablarla tanış edilib.