SumgaitLibrary

+994 186520087


Xatirə günü

18.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxanada 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Bəşər tarixində qara səhifə” adlı xatirə günü keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı Sevda Məhəmmədova 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolundan danışıb. 10 nömrəli tam orta məktəbin tarix müəllimi Ağaəli Cəbrayılov 20 Yanvar hadisələrindən, bu faciəyə gedən yoldan bəhs edib. Tədbirdə 10 və 16 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Şagirdlərin ifasında 20 Yanvara həsr olunan səhnəciklər nümayiş olunub, şeirlər səslənib. Sonda kitabxananın əməkdaşı Leyla Bağırova tədbir iştirakçılarını kitabxanada təşkil olunan “Qəhrəmanlıq tariximizin 20 Yanvar zirvəsi” adlı sərgi ilə tanış edib.