SumgaitLibrary

+994 186520087


“Azadlığa gedən yolun zirvəsi”

18.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi Mərkəzi Uşaq Kitabxanası ilə birgə 20 Yanvar hadisələrinin 33 illiyinə həsr olunan “Azadlığa gedən yolun zirvəsi” adlı anım tədbiri keçirib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin şagirdləri şeirlər söylədikdən sonra, qanlı yanvar gecəsi baş verənləri əks etdirən videoçarx təqdim olunub. Mərkəzi kitabxananın nümayəndəsi Səbinə Qasımova 20 Yanvar hadisələrindən bəhs edən kitabları təqdim edərək, qanlı yanvar hadisələri haqqında məruzə edib.