SumgaitLibrary

+994 186520087


“Balalara hədiyyə”

23.01.2023-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən 43 nömrəli uşaq bağçasında azərbaycanın görkəmli maarifçisi, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 160 illiyi ilə əlaqədar “Balalara hədiyyə” kitabı üzrə söhbət keçirilib. Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova uşaqlara Azərbaycanın görkəmli maarifçisi, ədəbiyyatşünas, publisist, pedaqoq Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra “Balalara hədiyyə” kitabından bəhs etdi. Sonra “Balalara hədiyyə” kitabından “Göyçək Fatma”, “Qarı və pişik” nağıllarını ucadan oxudu.Uşaqlar F.Köçərlinin “Tülkü”,”Çöban”, “Yaz” şeirlərini söylədilər.