SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

26.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan Respublikası Prezidentinin 2020 ci il 27 noyabr tarixili Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün fəaliyyət planı” nın icrası ilə əlaqədar olaraq 24 nömrəli tam orta məktəbin 6 cı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbir fəaliyyət planının 5.4.7. “Uşaqların ekoloji sahədə maarifləndirilməsi sahəsində tədbirlərin görülməsi” bəndinə əsasən təşkil olunub. Kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva öz çıxışında fəaliyyət planında göstərilmiş bəndlər haqqında məlumat verib, uşaqların ekoloji sahədə maarifləndirilməsi üçün görülən tədbirlər mövzusunda çıxış edib. Sonra şagirdlər “Ekoloji maarifləndirmə cəmiyyətin formalaşmasında başlıca amildir”, “Ətraf mühit və biz”, “Ekoloji mədəniyyət ətraf mühitə qayğı deməkdir”, “Ətraf mühitin qorunması başlıca amildir” mövzularında çıxışlar ediblər. Kitabxana əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videoçarx nümayış olunduqdan sonra şagirdlər kitabxanada təşkil olunan “ Təbiəti qorumaq hamımızın işidir” başlıqlı sərgi ilə tanış olublar. Sonda sinif rəhbəri Mahirə Hüseynova çıxış edərək maarifləndirici tədbirlərin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirib.