SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

10.12.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Abonement şöbəsində “Qəhrəmanlar unudulmur” adlı şifahi məlumatlandırma keçirildi. Tədbirdə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva çıxış edərək Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Təbriz Xəlilbəyli, Yusif Əliyev, Şikar Şikarov, Əliyar Əliyev, Salatın Əsgərova və başqalarının qısa lakin şərəfli və mənalı ömür yolundan bəhs etdi. O, vurğuladı ki, Vətən məhz belə könüllülərin, igidlərin, qəhrəmanların sayəsində Vətəndir.