SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Xatirə gecəsi
18.01.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 20 Yanvar faciəsinə həsr olunmuş “Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı xatirə gecəsi keçirilmişdir. Kitabxanaçı Mətanət Hacıyeva hamını salamladı, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. KK-nın böyük kitabxanaçısı Bəturə Lazımova 20 Yanvar hadisələri haqqında məruzə etdi. Sonra söz oxuculara verildi. 34 saylı məktəbin 4 a sinifinin şagirdləri Fərid, Xədicə, Zəhra, Elgün, Aysel, Nəcibə, İlahə, Mahir 20 Yanvara həsr olunmuş şeirlərdən ibarət kompozisiya söylədilər. Böyük kitabxanaçı Səadət Allahverdiyeva “20 Yanvar-Qanlı Yanvar” başlıqlı sərginin xülasəsini verdi. Sonda tədbir iştirakçılarına faciəni əks etdirən videoçarx nümayiş olundu.