SumgaitLibrary

+994 186520087


Yaddaş dərsi

18.01.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanada 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı Yaddaş dərsi keçirildi. Tədbirdə kitabxananın oxucuıarı və 5 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ağı və acı ilə xatırlanacaq gün deyil, eyni zamanda xalqımızın şan və şərəf günüdür. Sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyanın tarix müəllimi Ulduz Quliyeva 20 Yanvar faciəsi ilə əlaqədar geniş məruzə etdi. O vurğuladı ki, biz indiyədək bu tarixi yetərincə dünyaya tanıda bilməmişik, 20 Yanvara beynəlxalq hüquqi qiymətin verilməsinə çalışmalıyıq. 5 saylı məktəbin şagirdlərinin ifasında 20 Yanvara həsr edilmiş kompozisiya dinlənildi. Tədbir keçirilən zalda 20 Yanvar faciəsinə həsr edilmiş “Azadlıq yolunun 20 Yanvar zirvəsi” adlı sərgi nümayiş etdirilirdi. Sərgi haqqında iştirakçılara Metodika-Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova məlumat verdi. Sonda 20 Yanvara həsr edilmiş videoçarx izlənildi.