SumgaitLibrary

+994 186520087


Sərgi

19.01.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının əməkdaşları 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə 16 saylı tam orta məktəbdə və Qara Qarayev adına 1saylı uşaq musiqi məktəbində keçirilən anım tədbirlərində “Azadlığa gedən yolun zirvəsi” adlı sərgi ilə iştirak etdilər. Qara Qarayev adına 1saylı uşaq musiqi məktəbində keçirilən anım tədbirində Qasımova Səbinə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mücadiləsi tarixində rolundan söz açdı. Sonra o, tədbir iştirakçılarını qanlı hadisələri özündə geniş əks etdirən“Azadlığa gedən yolun zirvəsi” adlı kitab sərgisi ilə tanış etdi. Hər iki məktəbdə tərtib edilmiş sərgidə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin faciə ilə bağlı söylədiyi fikirlərdən sitatlar, şəhidlərin fotostentləri, kitablar, dövri mətbuatda çap olunmuş məqalələr nümayiş etdirildi. R.Səməndərin “Şəhidlər”, “Şahidlər”, Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri”, “Qanlı şənbəyə gedən yol” kitabları, A.Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən”, İsmayıl Vəliyevin “Qara gündəlik”, S.Əhmədovun “Yanvar hekayələri”, Ə.Vəkilin “Fərizə İlham dastanı”, G.İbrahimovanın “İlham və Fərizə”, “Azərbaycan harayı: şeirlər, poemalar”, M.Aslanın “Seçilmiş əsərləri”, Z.Dəmirçi “Qayalı: şeirlər və poemalar”, O.Hacıyevanın “Bağışla, Vətən, bağışla”, Y.Hüseynin “Bir parça ömür yolu”, B.Vahabzadə “Şəhidlər”, S.Rüstəmxanlının “Seçilmiş əsərləri”, Ramiz Duyğunun “Təki Vətən yaşasın” və digər kitabların və dövri mətbuat məqalələri nümayiş etdirildi.