SumgaitLibrary

+994 186520087


Anım günü

19.01.2017-ci il tarixində H. Z. Tağıyev adına qəsəbə kitabxanası Ümumxalq Hüzn Günü ilə əlaqədar anım günü keçirmişdir. 32 saylı tam orta məktəbin psixoloqu Məlahət Pirquliyeva çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsindən 27 il ötsədə o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunmuş və heç vaxt yaddaşlardan silinməyəcəkdir. Tədbirdə “Azadlıq yollarının 20 Yanvar zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Daha sonra 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal və qəzet məqalələrindən ibarət sərgi haqqında tədbir iştirakçılarına məlumat verildi.Tədbirdə 20 Yanvar hadisəsi ilə bağlı uşaqların əl işlərindən ibarət rəsm əsərləri nümayiş olundu.