SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

02.02.2017-ci il tarixində Gənclər kitabxanasında SDU-nun və Gənclər kitabxanansının təşkilatçılığı ilə 12 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Gənclər günü ilə əlaqədar “Milli-mənəvi irsimiz bizim tariximizdir” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri S. Eminova erməni işğalından əziyyət çəkən bir xalqın Qarabağın mədəni irsini qoruyub saxlamağın hər bir gəncin yüksək mənəvi borcu olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, bu istiqamətdə həm daxildə, həm də xaricdə bir sıra mühüm işlər görülsə də, bu proses daim davam etdirilməli, göstərilən fəaliyyətlər daha da təkminləşdirilməlidir. O, çıxışına davam edərək Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə məlumat verib. Həmçinin dünyanın nüfuzlu muzeylərindә saxlanılan Azərbaycan incәsənәti nümunәlәrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının tәsdiqlənmәsi, UNESCO, ISESCO, TÜRKSOY və digәr beynəlxalq təşkilatlarda təsviri sәnətimizin tәbliği vә tanıdılması istiqamәtində görülmüş zəruri işləri vurğulamışdır. 12 saylı tam orta məktəbin təşkilatçı müəlliməsi Qasımova Arzu,SDU-nin tələbələrindən Elməddin Mirzəzadə, Hüseynxanlı Elmin, Ömərova Ləman, Mustafayeva Sevinc, Allahverdiyeva Səbinə dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini qeyd etmişlər. Maraqlı diskussiya şəklində davam edən tədbirin sonunda “Heydər Əliyev və mədəni irsimiz” adlı videoçarx nümayiş etdirilmişdir.