SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Məlumat saatı
01.03.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxanın incəsənət şöbəsində 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Mülki müdafiə ümumxalq işidir” adlı məlumat saatı keçirildi. Tədbiri şöbənin müdiri Qələndərova Aidə açaraq Mülki Müdafiə gününün qeyd olunma tarixindən danışdı. Sonra söz Sumqayıt şəhər Yanğından Mühafizə Hissəsinin rəis müavini Məmmədov Samirə verildi. O, tədbir iştirakçılarına fövqəladə hallarda özünü necə aparmaq lazım olduğunu, yanğınsöndürən balonlardan, əleyhiqazlardan istifadə qaydalarını başa saldı. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.