Onlayn :48 Bu gün : 534 Bu Ay : 15311 Bu İl : 66588 Cəmi : 1674294

İctİmaİ Hüquqİ İnformasİya Mərkəzİ

İctimai Hüquqi İnformasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı ”na uyğun olaraq 2007-ci ildə yaradılmışdır. Yarandığı gündən oxucuların Azərbaycanın qanunvericilik bazası ilə məlumatlandırılmasında səmərəli fəaliyyət göstərmişdir.

İctimai Hüquqi İnformasiya Mərkəz öz işini aşağıdakı istiqamətlərdə aparmışdır:

Oxucuları Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericilik aktları ilə tanış etmək;

Onlara lazım olan məlumatları tez və operativ çatdırmaq ;

Oxucuları hüquqi biliklərlə maarifləndirmək məqsədilə tədbirlər keçirmək ;

Elektron və ənənəvi kataloqa daxil olaraq hüquqa dair ədəbiyyat axtarışını həyata keçirmək.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə yeni fəaliyyət proqramı qəbul edilmişdir.


Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda digər sahələrlə yanaşı, kitabxanalarda da insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair ciddi tapşırıqlarına uyğun olaraq, İctimai Hüquqi-İnformasiya Mərkəzi fəaliyyətini gücləndirəcək, mərkəz mütəmadi olaraq yeni elektron və çap nəşrlərlə zənginləşdiriləcək və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirəcək.


 

Bu mərkəzin istifadəçilərə verdiyi imkanlar :

1.Azərbaycan Respublikası və Rusiya Federasiyasının Hüquqi Məlumat Bazası ilə tanış olmaq ;
2.Hüquq və azadlıqları ilə bağlı maraqlandıran bütün suallara cavab tapmaq ;
3.Seçilən sənədləri gözdən keçirib çap etmək .