S.Vurğun adına Mərkəzi şəhər kitabxanasının nəzdində 6 şöbə:
1.Xidmət şöbəsi. 2.Komplektləşdirmə və kitabişləmə şöbəsi. 3.Metodika-biblioqrafiya şöbəsi. 4.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi. 5.İnformasiya-resurs şöbəsi . 6.Vahid fondun təşkili və istifadəsi, Kitabxanalararası Abonement şöbəsi fəaliyyət göstərir.
Xidmət şöbəsi
Mərkəzi Kitabxananın Xidmət şöbəsi əhaliyə abonement və oxu zalı vasitəsilə xidmət göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Ötən ilin yekununa görə Xidmət şöbəsinin fondu 99504 nüsxədir. İl ərzində şöbəyə 1831 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.
Komplektləşdirmə və kitabişləmə şöbəsi
Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir. Dövlət vəsaiti hesabına yeni ədəbiyyatları almaqla, Prezident aparatından, M.F.Axundov adına Milli kitabxanadan kitab mübadiləsi yolu ilə, nəşriyyatların və müəlliflərin bağışladıqları kitablar hesabına kitab fondunu daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın uçotunu aparır, dövrü nəşrlərə abunə işini təşkil edir, kataloq sisteminin aparılmasına və fondun mühafizəsinə nəzarət edir.
Metodika-biblioqrafiya şöbəsi
S. Vurğun adına Mərkəzi Kitabxananın müstəqil fəaliyyət göstərən Məlumat-biblioqrafiya və Təşkilati-metodika şöbələri birləşdirilərək 2011-ci ilin dekabrından Metodika-biblioqrafiya adlandırılmışdır. Şöbə sistemin bölmələrinin fəaliyyətini məzmun, forma və metodik baxımdan əlaqələndirir, kitabxanalarda biblioqrafiya işinin təşkilinə nəzarət edir. İşin yeni üsül və metodlarını öyrənməklə qabaqcıl təcrübəni aşkar edir, kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək edir. Kütləvi tədbirlərin keçirilməsinə metodik yardım göstərir, müxtəlif mövzularda metodik vəsaitlər hazırlayır
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
S. Vurğun adına Mərkəzi Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 2011-ci ilin dekabr ayindan fəaliyyət göstərir. Yeni yaradılan bu şöbə kitabxananın elektron kataloqunun idarə olunması, onun Kataloqlaşdırma, Komplektləşdirmə, Oxucu, Kitabverilişi modullarının işini təşkil etmək, butunlukdə proqramın fəaliyyətinə Administrator modulu vasitəsi ilə nəzarət etmək, yeni elektron resursların yaradılması funksiyasını həyata keçirir.
İnformasiya-resurs şöbəsi
İnformasiya-resurs şöbəsi 2011-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şöbə Mərkəzi kitabxananın Veb-saytının idarə olunması, kitabxananın Eletron Kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir, şəbəkənin antivirus proqramının, lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir.
Vahid fondun təşkili və istifadəsi, kitabxanalararası abonement
Şöbə Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalar arasında ədəbiyyat mübadiləsi aparır, Vahid fondu təbliğ edir. Sistem kitabxanaları arasında müvəqqəti kitab mübadiləsi yolu ilə oxucuların sorğularının vaxtında və tam ödənilməsinə yardım edir. Vahid fondda lazım olan nəşrlər olmadıqda şöbə Kitabxanalararası abonement vasitəsilə M.F.Axundov adına Milli kitabxanadan və digər kitabxanalardan lazım olan çap məhsullarını müvəqqəti istifadə üçün əldə edir.