SumgaitLibrary

+994 186520087


Poeziya axşamı

09.03.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 1 saylı orta məktəb şagirdlərinin iştirakı ilə Azərbaycan mühacir poeziyasının görkəmli nümayəndəsi şair Almas İldırımın anadan olmasının 110 illik yubileyi ilə əlaqədar "Zəncirləyib ürəyimi bu ellərə vermişəm" adlı poeziya axşamı keçirildi. Kitabxananın multimedia mütəxəssisi Müjgan İbrahimova şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, şairin ədəbi irsi: kitabları, şeirləri, onun haqqında yazılmış məqalələr haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra məktəbin ədəbiyyat müəlliməsi Mətanət Əliyeva da şairin yaradıcılığı haqqında məlumat verdi. Daha sonra məktəblilər şairin şeirlərindən ibarət kompozisiya ilə çıxış etdi. Tədbir iştirakçıları Həmzəyev Eşqinin ifasında şairin sözlərinə bəstələnmiş “Can Azərbaycan” mahnısını dinlədilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid