SumgaitLibrary

+994 186520087


Görüş

15.03.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxanada Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun oxucularla görüşü keçirildi. Tədbirdə Əməkdar incəsənət xadimi, aktyor Şeyx Əbdül Mahmudbəyov, şair Əşrəf Şəfiyev, ədəbi mühitin nümayəndələri və tələbələr iştirak etdilər. Tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova görüşün məqsədi və mahiyyəti haqqında oxuculara məlumat verdi. Tədbirin qonaqları Əşrəf Şəfiyev, Şeyx Əbdül Mahmudbəyov çıxış edərək Baba Vəziroğlunun həyatı və yaradıcılığı haqqında qısa məlumat verib, oxucularla səmimi söhbət etdilər. Daha sonra söz şair Baba Vəziroğluna verildi. O, belə bir görüşü təşkil etdiyinə görə S. Vurğun adına Mərkəzi kitabxananın kollektivinə təşəkkür etdi və bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu onun oxucularla kitabxanada ilk görüşüdür. Paytaxtdan kənarda, belə bir kitabxananın mövcudluğu və fəaliyyəti, gənc nəslin yenidən kitaba və kitabxanaya üz tutmasını təqdir edən şair bildirdi ki, kitaba qayıdış hər bir cəmiyyətin həyatında dönüş nöqtəsidir. Şair milli, mənəvi, dini dəyərlərimiz, milli bayramlarımız, Novruz bayramının tarixi və digər mövzularla bağlı oxucularla səmimi söhbət etdi, fikirlərini bölüşdü və suallarını cavablandırdı. Sonda oxucular şairin ifasında şeirlərini dinlədilər və xatirə şəkli çəkdirdilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid