SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

04.04.2017-ci il tarixində Gənclər kitabxanasında Aprel zəfəri ilə əlaqədar “Aprel zəfəri apreldə qalmayacaq” adlı informasiya saatı keçirilmişdir. Tədbir torpaqlarımızın suverenliyi və azadlığı yolunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 2016-cı il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlardan danışan kitabxananın müdiri Sona Eminova həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan danışdı. Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazır olduğunu bildirdi. Daha sonra Sumqayıtdan olan aprel şəhidləri Əbdülməcid Axundov, Raquf Orucov, Seymur Baxışov, Şulan Bayramov, Murad Məmmədovun qısa, lakin şərəfli həyat yolu barədə məlumat verildi. Sonda SDU-nun tələbələri həzin musiqi sədaları altında Vətən və şəhidlik mövzularında şeirlər söylədilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid