SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

15.04.2017-ci il tarixdə S. Vurğun adına Mərkəzi Kitabxanada Respublikanın Əməkdar jurnalisti, yazıçı Eyruz Məmmədovun “Zohrə və Kənan” və “Qaranlığın çırağı” romanlarının müzakirəsi keçirildi. Tədbirdə ARDNŞ -in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, şairin qələm dostları, şəhərimizin ziyalıları iştirak edirdi. Tədbiri giriş sözü ilə şair Əşrəf Veysəlli açaraq Eyruz Məmmədovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra Eyruz Məmmədov çıxış edərək iştirakçıların suallarını cavablandırdı. Tədbirdə eləcə də Rafiq Oday, Rəhman Orxan, Asif Asiman və başqaları çıxış edərək bu romanlar haqqında öz fikirlərini bildirməklə yanaşı müəllifə yaradıcılıq uğurları arzuladılar.