SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

14.10.2017-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filial və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Aprel şəhidi Əbdülməcid Nadirşah oğlu Axundovun doğum gününə həsr olunmuş "Şərəf, qeyrət, ucalıq" adlı hərbi vətənpərvərlik mövzusunda şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsində iştirakçıları bədii qiraət ustası, aktyor Nazir Rüstəm, şair Namiq Dəlidağlı, şairə Qaratel Azəri, yazıçı, jurnalist Günel Eyvazlıdan ibarət münsiflər heyəti qiymətləndirdi. 1-ci yerə Bağıyeva İlahə, 2-ci yerə Kərimova Aynur, Bəşirli Zəhra, 3-cü yerə isə Mirzəzadə Cavidan və Cavadlı Fidan layiq görüldü. 1-ci yerə layiq görülmüş Bağıyeva İlahəni Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin fəxri fərmanla təltif etdi. Digər qaliblər fəxri fərmanla təltif olundular.