SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

18.12.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Sumqayıt Rəsm Qalereyasının 50 illiyi ilə əlaqədar “Sizi təbrikə gəlmişik” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbir Sumqayıt Rəsm Qalereyasında keçirilmişdir. Tədbirin aparıcısı AYB-nin üzvü, tanınmış yazıçı Hafiz İmamnəzərli iştirakçıları salamlayaraq onları Sumqayıt Rəsm Qalereyasının fəaliyyətinə həsr edilmiş “50 illik şərəfli yol“ adlı videoçarxı seyr etməyə dəvət etdi. Sonra təbrik üçün söz AYB-nin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddinə, Mərkəzləşmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədovaya, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynovaya, tanınmış heykəltəraş Vaqif Nəzirova verildi.S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən S.Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında H.İmamnəzərlinin “Sumqayıt əfsanəsi” səhnəciyi tamaşaçıların böyük marağına səbəb oldu. Uşaqlardan Xoşqədəm Bağıyeva S.Sarvanın “Altmışında gəlin kimi”, Rəsul Bəhmənli A. Mehmanlının “Ümid şəhərim”, Zeynəb Hüseynova N.Xəzrinin “Sumqayıt”, Zəhra Bəşirli T.Məmmədin “Anama məktublar”, Aynur Kərimova H.Baxışın“Sumqayıt”, Ərtoğrul Salıflı V.İbrahimin “Sumqayıt”, Lətifə Mahmudova Z.Cabbarzadənin “Sumqayıt”, İnci Hüseynova A.Ağbabanın “Sumqayıtlı uşaqların arzusu” şeirlərini söylədilər. Sumqayıt Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Ceyhun Hüseynov yubiley münasibətilə təbrik edərək həm Rəsm Qalereyasının əməkdaşlarını, həm də S.Sarvan adına uşaq poeziya klubunun üzvlərini hədiyyələrlə,fəxri fərmanlarla mükafatlandırdı. Şəhər mədəniyyət evinin müğənni və rəqs qrupunun ifaları tədbirə daha bir rəng qatdı. Sonra S.Sarvan adına poeziya klubunun üzvlərinin ifasında R.Yusifoğlunun “Sumqayıt nağılı” əsasında hazırlanmış səhnəcik təqdim olundu. Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının rəsm əsərləri nümayiş edildi.