SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

21.12.2017-ci il tarixində Gənclər kitabxanasında Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan və dünya operasının solisti, ilk professional Azərbaycan qadın müğənnisi, musiqi xadimi və pedaqoq xalq artisti, professor Şövkət Məmmədovanın 120 illiyinə həsr edilmiş “Opera səhnəmizin gözəl səsli ulduzu” adlı informasiya saatı keçirilmişdir. Tədbirdə böyük kitabxanaçı Bağırova Rəhilə görkəmli ifaçının həyat və yaradıcılığından danışdı. Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edərək, qeyd etmişdir ki, xalq artistinin həyatının keşməkeşli olmasına baxmayaraq o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib.