SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

15.04.2016-cı il tarixdə M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana filialda Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultan Məcid Qənizadənin anadan olmasının 150 illik yubileyi münasibətilə “İttihadçı və türkçü” adlı ədəbiyyat saatı keçirildi. Tədbirdə Sum-qayıt Dövlət Universitetinin tələbələri və 14 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək bildirdi ki, bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. Tədbirdə iştirak edən tələbə və şagirdlər də yazar haqqında öz dəyərli fikirlərini söylədilər.