SumgaitLibrary

+994 186520087


Ekskursiya

12.03. 2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasına "Miracle” Təhsil və İnnovasiya Mərkəzinin bir qrup şagird və müəllim heyəti tərəfindən ekskursiya edildi. Kitabxananın baharın gəlişi ilə əlaqədar xüsusi dekorasiya ilə bəzədilmiş oxu zalında multimedia mütəxəssisi Səbinə Qasımova balacalara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar, kitabxanadan istifadə qaydaları haqqında geniş məlumat verdi, daimi sərgilər ilə onları tanış etdi. Daha sonra o, balacalara uşaq ədəbiyyatıı nümunələrindən bir neçə nağıl, şeir, tapmaca, yanıltmac oxudu. Oxunan nağıllar üzrə maraqlı müzakirələr aparıldı. Tədbir iştirakçılarına kitabxana əməkdaşları tərəfindən “Qoğal” rus nağılı əsasında hazırlanmış kukla tamaşası təqdim edildi. Daha sonra uşaqlar bahar fəslinə aid şeirlər söylədilər. Sonra uşaqları kitabxananın “Nağıl guşəsi”inə dəvət edən Səbinə Qasımova onları burada yaradılan şəraitlə də tanış etdi, balacalara uşaqların əl işləri, tarixi keçmişimizə aid olan maddi-mədəniyyət nümunələri haqqında məlumat verdi. Kitabxana ekskursiyaya gələn hər bir uşağın böyük marağına səbəb oldu. Sonda "Miracle” Təhsil və İnnovasiya Mərkəzinin müəlliməsi Humay Quliyeva maraqlı və yaddaqalan tanışlığa görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.