SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

30.05.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxanaq filialda İnsan hüquqları aylığı çərçivəsində “Uşaq və Cəmiyyət” adlı dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, beynəlxalq dərəcəli vəkil, BMT-nin İnsan Hüquqları üzrə vəkili Mehdi Cəlalzadə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Əməliyyatçısı Babayev Ramiz, hüquqşünas, şair Ədalət İzzətoğlu iştirak etdilər. Çıxış edən qonaqlar bildirdilər ki, qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, pornografi, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı