SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

05.06.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi 15 saylı məktəbdə Ətraf Mühitin Ümumdünya Mühafizə Günü ilə əlaqədar “Qəlbimiz tək, gözümüz tək uca tutaq təbiəti” adlı poeziya dəqiqələri keçirmişdir. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova şagirdlərə ətraf mühitin mühafizəsindən bəhs edərək bildirdi ki, elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə təbiəti qorumaq, onun sakinlərinin sağlamlığını təmin etmək üçün insanları təbiətə məhəbbət ruhunda tərbiyə etmək, onlara ekoloji mədəniyyət aşılamaq vacibdir. İnsanların səhhətinə mənfi təsir göstərən amillər aradan qaldırılarsa, zəngin bitki və heyvanat aləminin mühafizəsi ciddi təmin edilərsə, səhiyyə sahəsindəki xidmətlərə də az yer qalar. Sonra şagirdlər müxtəlif şairlərin təbiətə həsr etdiyi şeirlərini söylədilər. Tədbirdə “Təbiəti sevək, qoruyaq” başlığı altında təbiətin mühafizəsinə həsr edilmiş kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirildi.