SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

13.05.2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi kitabxana 15 May - Beynəlxalq Ailə Günü ilə əlaqədar 5 saylı orta məktəbdə “Ailə - sağlam cəmiyyətin təməlidir” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, tədbirin keçirilməsində məqsəd cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmasıdır. Sonra Qadın Təşəbbüsü və İctimai Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu Samirə İsmayılova, eksperti Günel Ələkbərova, 5 saylı məktəbin kitabxanaçısı Şirin Abdullayeva çıxış edərək cəmiyyətin həyatında ailənin rolundan, gender bərabərliyindən bəhs etdilər. Onlar qeyd etdilər ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən –günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.Tədbirdə məktəblilərin ekspertlərə ünvanladıqları sualları cavablandırıldı. Sonda Mirzəyeva bütün iştirakçılara öz təşəkkürünü bildirdi.