SumgaitLibrary

+994 186520087


Ekskursiya

07.03.2024-cü il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxanaya 5 nömrəli məktəbin şagirdləri ekskursiyaya gəldilər. Şagirdlər “Kitabişləmə və komplektləşdirmə şöbəsi”, “İnformasiya-resurs şöbəsi”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi”, oxuculara xidmət şöbələri ilə tanış oldular. Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə kitabxana işi, şöbələrin fəaliyyəti haqqında məlumat verildi. Kitabxananın direktor müavini Axundzadə Natəvan kitabın, mütaliənin insan həyatında rolu və əhəmiyyətindən danışdı.