SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

07.03.2024 cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 34 nömrəli tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “Dünyada ən uca zirvədir qadın” adlı şeir dəqiqələri keçiriblər. İlk öncə kitabxananın əməkdaşı Məhparə Bağırova bu günün yaranma tarixi, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı, tariximizin qəhrəman qadınları haqqında ümumi məlumat verib.Sonra şagirdlər qadınlara həsr olunan müxtəlif şeirlərlə çıxış edib, mahnılar ifa ediblər. Sonda sinif rəhbəri İlhamə Rzayeva da çıxış edərək öz arzu və təbriklərini çatdırıb.